Audiovizual Şura lisenziya müraciətlərinə baxıb

20:01 / 11.02.2026 Oxunub: 1106

Kanal 20 TV xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclas zamanı bir sıra şirkətlərin lisenziya üçün müraciətləri müzakirə olunub.

Şuradan verilən məlumata görə, təqdim olunan sənədlər və iqtisadi əsaslandırma araşdırıldıqdan, eləcə də yerində baxışın nəticələri nəzərə alındıqdan sonra “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyası verilməsi barədə qərar qəbul edilib. Xidmət “Kinobox” adı altında fəaliyyət göstərəcək.

İclasda həmçinin “Mahnı” MMC-nin müraciətinə baxılıb. Şura sənədlərin və texniki təminatın qiymətləndirilməsi əsasında şirkətə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verib. Televiziya redaksiyası “Mahnı TV” adı ilə fəaliyyət göstərəcək.

Toplantının sonunda “Aznet Technologies” QSC-nin təşkilati-hüquqi formasının dəyişməsi ilə bağlı müraciəti də müzakirə edilib. Nəticədə “Aznet” və “Araznet” operator xidmətləri üzrə mövcud lisenziyaların “Aznet Technologies” MMC-nin adına yenidən rəsmiləşdirilməsi barədə qərarlar qəbul olunub.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə