Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib - YENİLƏNİB

15:30 / 04.12.2025 Oxunub: 80

"Azərbaycan Könüllülük Həftəsi 2025" çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, "ASAN xidmət"in tərəfdaşlığı ilə Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib.

"Report" xəbər verir ki, ölkənin 3 min 500-ə yaxın könüllüsünü bir araya gətirən forum "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.

Eyni zamanda, forum çərçivəsində ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkədəki könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs ediblər.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev tədbir iştirakçılarına İittifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib.

Daha sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə "İlin Könüllüsü" mükafatı ilə təltif olunub.

Tədbirin yekununda xatirə fotosu çəkilib.

13:02

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu təşkil olunub.

"Report" xəbər verir ki, forum Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilir.

Forumda nazirlik nümayəndələri, 3 mindən çox könüllü gənc və media nümayəndələri iştirak edir.

Tədbirin gedişatında "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il hesabatı" video-çarxı nümayiş etdiriləcək. Sonra isə 2025-ci il üzrə ilin könüllülərinin mükafatlandırılması baş tutacaq.

Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar artıq 7 ildir Azərbaycanda hər ilin dekabr ayında "Azərbaycan Könüllülük Həftəsi" layihəsi həyata keçirilir.

Bu il də dekabrın 4-17-də davam edəcək növbəti "Azərbaycan Könüllülük Həftəsi" təşkil olunub.



Digər xəbərlər

Xəbər lenti

05 Dekabr 2025
04 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ