Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Heydər Əliyev Beynəlxalq Aeroportu 14–15 fevral tarixlərində hava limanı istiqamətində hərəkət edən sərnişinlərə müraciət edib.
Kanal 20 TV xəbər verir ki, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlər səbəbindən bəzi istiqamətlər üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Aeroportun yaydığı açıqlamada qeyd olunur ki, həmin günlərdə uçuşu olan sərnişinlər hava limanına gedərkən və ya limandan çıxarkən alternativ yollardan istifadə etməlidirlər.
Məhdudiyyətlər aşağıdakı vaxtları əhatə edir:
14 fevral, 00:00–07:00 – Hava limanı yolundan “Koroğlu” metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılacaq;
15 fevral, 00:00–07:00 – “Koroğlu” metrostansiyasından hava limanı istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sərnişinlərə alternativ olaraq 8 Noyabr prospekti – Zığ yolu marşrutundan istifadə etmək tövsiyə edilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu vətəndaşları səfərlərini əvvəlcədən planlaşdırmağa və hava limanına daha tez yola düşməyə çağırıb.


Digər xəbərlər
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir
Bu gün Bakıda hava necə olacaq? – Temperatur 16 dərəcəyədək yüksələcək
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir