Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb

09:34 / 12.02.2026 Oxunub: 1088

Bakının əsas prospekt və küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Kanal 20 TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində ciddi sıxlıq qeydə alınıb:

Heydər Əliyev prospekti (əsas və köməkçi yol) – mərkəz istiqamətində

Ziya Bünyadov prospekti – “20 Yanvar” metro stansiyası istiqamətində

Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində

Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində

Tbilisi prospekti – həm “20 Yanvar” metro stansiyası, həm də mərkəz istiqamətində

Yusif Səfərov küçəsi – mərkəz istiqamətində

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospektinə qədər

28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində

Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində

NİİM sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən diqqətli olmağı, mümkün olduqda alternativ yollardan istifadə etməyi tövsiyə edir.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə