Carlo Marino: Beynəlxalq ictimaiyyətin dəstəyi Qərbi azərbaycanlıların geri qayıdışını sürətləndirəcək
Qayıdış hüququnun bərpası və insanların öz yurdlarına geri dönməsi yalnız könüllü və təhlükəsiz şəkildə həyata keçirilməlidir. Bu prosesdə, ilk növbədə təhlükəsizlik təminatı, məskunlaşma imkanları və sosial xidmətlər vacibdir. Azərbaycan hökumətinə bu işin həyata keçirilməsində beynəlxalq ictimaiyyət tərəfindən dəstək verilməsi mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması” adlı panel müzakirəsində söyləyib.
O, qaçqınların geri qayıdışı ilə bağlı dünya təcrübəsini misal çəkib: "Məsələn, İtaliyada İkinci Dünya müharibəsindən sonra müharibə zərərçəkənləri və köçkünlər üçün könüllü, təhlükəsiz qayıdış proqramları həyata keçirilmişdi. Burada yerli və milli hökumətlərin koordinasiyası, beynəlxalq təşkilatların dəstəyi və yerli icmalarla əməkdaşlıq əsas amillər idi. Bu təcrübə göstərdi ki, geri qayıdış yalnız fiziki təhlükəsizliyin təmin edilməsi ilə kifayətlənməyib, həm də sosial, iqtisadi və mədəni inteqrasiyanı nəzərdə tutmalıdır.
Bu prinsiplər Azərbaycan üçün də aktualdır. Köçkünlər yalnız torpaqlarına təhlükəsiz şəkildə qayıtmamalı, həm də mədəni irs və sosial həyatla tam inteqrasiya olunmalıdır. Beynəlxalq ictimaiyyətin dəstəyi bu prosesi sürətləndirmək və davamlı etmək üçün həlledici əhəmiyyət kəsb edir".


Digər xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvəti ilə bağlı məlumat yoxdur
“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir