DOST Agentliyində yeni təyinatlar - FOTO

19:30 / 12.11.2025 Oxunub: 2196

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə DOST agentliyi məlumat yayıb.

Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.



Digər xəbərlər

Xəbər lenti

02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə