Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq
Bu il avqustun səkkizində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalardan məmnunluğumuzu ifadə etmişik.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində atılan addımları alqışlayır:
"Beş il əvvəl biz Azərbaycana ən güclü dəstəyimizi nümayiş etdirdik. Bu şanlı qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən qələbə paradına baxdıq. 2021-ci ildə imzaladığımız Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz hər sahədə konkret layihələrlə daha da möhkəmlənir".


Digər xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvəti ilə bağlı məlumat yoxdur
“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Xəbər lenti
Ən çox oxunan