Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə ilk müntəzəm qatar reysi istifadəyə verildi

11:31 / 12.01.2026 Oxunub: 161

Kanal 20 TV xəbər verir ki, yeni marşrut Gəncə–Mingəçevir–Gəncə xəttindən sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olub. Layihə regionlarda nəqliyyatın əlçatanlığının artırılmasına, regionlararası nəqliyyat əlaqələrinin və sərnişin mobilliyinin genişləndirilməsinə xidmət edir.

Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətində, 18:00-da isə Qəbələdən Gəncəyə doğru hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.

Ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci sinif kateqoriyaları üzrə səyahət imkanları mövcuddur. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ