General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb
General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb.
KANAL 20 TV Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib.
Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb.
Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri, polkovnik-leytenant Yasin Muradov da ifadə verib. O və digər zərərçəkmiş Kəmalə Əliyeva jurnalistin zalda iştirakına qarşı çıxıb. Onlar təqsirləndirilən şəxsin külli miqdarda pullarını ələ keçirdiyini bildirərək bunu şəxsi məsələ kimi qiymətləndiriblər.
Prosesə sədrlik edən hakim jurnalistin zalda qalmasına icazə verməyərək əməkdaşımızı zaldan kənarlaşdırıb.
Prosesin tərəflərin qarşılıqlı ittihamları ilə gərgin keçdiyi, təqsirləndirilən şəxsin ona 200 min manatdan çox pul verdiyini deyən zərərçəkmiş Yasin Muradovla mübahisə etdiyini öyrəndik. Ayaz Bayramov yenə zərərçəkmişlərin Raul Zeynalovun sifarişi ilə danışdıqlarını deyib.
Məlumata görə, növbəti dəfə general Raul Zeynalov məhkəməyə çağırılacaq.
Qeyd edək ki, Kapitan Ayaz Bayramov Fövqəladə Hallar Nazirliyində işləyib. O, işlədiyi idarənin rəis müavini olmuş general Raul Zeynalov, idarənin daha iki zabiti və başqa 6 nəfərin 3 milyon manata yaxın pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl saxlanıldığı istintaq təcridxanasından 28 vərəqlik məktub göndərmişdi. Kapitan həbsinə görə general Raul Zeynalovu günahlandırıb, onun general rütbəsinə və nazirliyin adına xələl gətirən hərəkətlərinə görə işdən qovulduğunu deyib.


Digər xəbərlər
Bakı–Sumqayıt ekspres marşrutlarında qiymət artdı
Qurudulan göllər, artan risk: Bakı üçün xəbərdarlıq
İranın 185 şəhərində etirazlar davam edir, 116 nəfər ölüb
Londonda İran səfirliyində etiraz aksiyası – inqilabdan əvvəlki bayraq qaldırıldı
Teleradio Akademiyasında mediada Azərbaycan dili üzrə təlimlərə start verildi
İranda etirazlar böyüyür: Prezidentdən təhlükəsizlik qüvvələrinə “təhlükəsizliyə yox, dialoqa üstünlük verin” çağırışı
Xəbər lenti
Ən çox oxunan