Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO
İstanbulda küçə itlərinin yemlənməsinin qarşısını alan qərarın qəbul edilməsi ölkədə böyük rezonans doğurub.
Məsələyə münasibət bildiriənlər arasında müğənni Günel Zeynalova da yer alıb.
"Həqiqətən axmaqlıqdır. Allahın yaratdığı dilsiz canlılardır. Onlar bizdən daha mərhəmətli, sadiq və sevgi doludurlar. Tez öldürün, yaşamasınlar! Çünki hürürlər. Qovun, vurun, bəsləməyin açıqlaması nədir belə? Robot buraxın, məqsəd budur" deyə, Günel yazıb.
Qeyd edək ki, İstanbul valisi Davut Gülün imzaladığı "küçə heyvanları" ilə bağlı bəyanata görə, "Sahibsiz itlərin toplanması, qısırlaşdırılmalı və reabilitasiya prosesləri sürətləndirilməli və itlərin sığınacaqlara - təbii yaşayış yerlərinə köçürülməsi mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq təcili olaraq həyata keçirilməlidir. Sahibsiz itlərin nəzarətsiz yemlənməsinə icazə verilməməlidir" deyə, bildirilib. Bu da ölkə əhalisi tərəfindən kəskin tənqidlərlə qarşılanıb. (Axşam.az)



Digər xəbərlər
Bakı–Sumqayıt ekspres marşrutlarında qiymət artdı
Qurudulan göllər, artan risk: Bakı üçün xəbərdarlıq
İranın 185 şəhərində etirazlar davam edir, 116 nəfər ölüb
Londonda İran səfirliyində etiraz aksiyası – inqilabdan əvvəlki bayraq qaldırıldı
Teleradio Akademiyasında mediada Azərbaycan dili üzrə təlimlərə start verildi
İranda etirazlar böyüyür: Prezidentdən təhlükəsizlik qüvvələrinə “təhlükəsizliyə yox, dialoqa üstünlük verin” çağırışı
Xəbər lenti
Ən çox oxunan