Mark Rütte: ABŞ-ın nüvə çətiri bizim mütləq zəmanətimizdir
Birləşmiş Ştatların nüvə çətiri NATO-nun Avropadakı müttəfiqləri üçün “mütləq zəmanətdir”.
AZƏRTAC xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rütte DPA informasiya agentliyinə müsahibəsində səsləndirib. “ABŞ-ın nüvə çətiri bizim mütləq zəmanətimizdir və bu, dəyişməyəcək. Təbii ki, NATO-nun bəzi avropalı müttəfiqlərinin öz nüvə imkanları var və biz bu məsələdə həm birbaşa, həm də dolayısı ilə əməkdaşlıq edirik. Bu mövzuda artıq deyiləcək bir şey yoxdur", - deyə Rütte bildirib.
Baş katibin sözlərinə görə, ABŞ-ın NATO qarşısındakı öhdəliyi Prezident Donald Tramp dönəmində də qalacaq. Eyni zamanda, Birləşmiş Ştatların NATO daxilində çox spesifik maraqları da var.
“Şimali Atlantika təhlükəsizliyini təmin etmək üçün ABŞ-a güclü Avropa NATO-su lazımdır. Biz hamımız təkcə tarixi səbəblərə görə deyil, həm də praktiki səbəblərə görə eyni gəmidəyik”, - deyə Rütte əlavə edib.


Digər xəbərlər
Azərbaycanlılar üçün Monteneqroda vizasız rejim ləğv edildi
Macarıstan gündə bir milyon avro cərimə ödəyəcək
Faciəli şəkildə ölən türkiyəli müğənninin oğlu: "Bacım həyatındakı kişiyə görə hər şey edə bilər, şikayətçiyəm"
NATO-nun Baş katibinin müavini Ermənistana səfər edəcək
İranın XİN rəhbəri Moskvaya səfər edəcək
İsrailə "Avroviziya"da iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi
Xəbər lenti
Ən çox oxunan