İsrailə "Avroviziya"da iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi
Avropa Yayın Birliyinin (EBU) İsveçrənin Cenevrə şəhərində keçirilən 95-ci Baş Assambleyasında İsrailin "2026 Avroviziya" Mahnı Müsabiqəsində iştirakına icazə verildikdən sonra bir neçə ölkə yarışmadan çəkildiyini açıqladı.
Manset.az-ın məlumatına görə, EBU bildirib ki, üzvlər müsabiqənin səsvermə sistemində nəzərdə tutulan yenilikləri təsdiqləyib və yeni qaydalara əməl edəcək bütün EBU üzvləri 2026-cı il Avroviziyada iştirak hüququ qazanır. Toplantıda növbəti il üçün iştirakla bağlı ayrıca səsvermə keçirilməyib və üzvlərin əksəriyyəti yarışmanın əlavə təhlükəsizlik tədbirləri ilə planlandığı kimi davam etməsinə razılıq verib. Ölkələrin yekun iştirak siyahısı isə Milad bayramından əvvəl açıqlanacaq.
İspaniyanın dövlət yayımçısı RTVE, İsrail yarışmaya qəbul edilərsə, "Avroviziya"dan çəkiləcəyini əvvəlcədən bildirmişdi. İsrailə icazə verildikdən sonra RTVE yarışmadan rəsmi olaraq çəkildiyini açıqladı.
Belçika da müsabiqəyə qatılmayacağını bildirib, lakin yarışmanı yayımlayacağını qeyd edib. Bununla belə, Belçikanın "Avroviziya"da təmsil olunub-olunmayacağına RTBF yaxın günlərdə qərar verəcək.
İrlandiyanın RTE yayımçısı da gələn il "Avroviziya"da iştirak etməyəcəyini rəsmən elan edib.


Digər xəbərlər
Nobel Fondunun Əsas Missiyası Açıqlanıb
ABŞ Ordusu üçün yeni anti-dron qalxanı: EAGLS sistemi PUA-lara qarşı yüksək dəqiqliklə mübarizə aparır
Makron X-də paylaşdı: “Suriya üçün daimi atəşkəs və siyasi həll zəruridir”
Trampdan Şahbaz Şərifə Qəzza ilə bağlı mühüm təklif
Suriyada tayfalar Deyr əz-Zorun YPG/SDG nəzarətində olan ərazilərinin böyük hissəsini azad edib
Avropanın tarixini dəyişən Qanuni Sultan Süleymanın möhtəşəm fərmanı 500 yaşındadır
Xəbər lenti
Ən çox oxunan