Milli dəyərlər rənglərdə canlanır: Uşaqlar üçün beynəlxalq rəsm müsabiqəsi elan edildi
AZƏRTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə uşaqlar arasında “Milli adət-ənənələr və bayramlar” mövzusunda beynəlxalq rəsm müsabiqəsinə start verilib.
Kanal 20 TV-nin məlumatına görə, müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, Azərbaycan və Özbəkistan uşaqları arasında dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək, eyni zamanda milli adət-ənənələrin və bayramların təbliğini genişləndirməkdir.
Müsabiqə 8–11 və 12–15 yaş kateqoriyaları üzrə keçirilir. İştirakçılar rəsmlərini A3 formatında təqdim etməli, hər müəllif maksimum 3 yaradıcılıq işi göndərə bilər.
Təqdim olunan rəsmlərlə birlikdə iştirakçının soyadı, adı, atasının adı, şəhər (rayon), məktəb və sinfi, həmçinin fotoşəkli və əlaqə telefonu qeyd olunmalıdır. Yaradıcılıq işləri [email protected] elektron poçt ünvanına göndərilməlidir. Müsabiqəyə rəsmlərin qəbulu 2026-cı il martın 15-dək davam edəcək.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə 3 nəfər olmaqla, ümumilikdə 6 qalib müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri Novruz bayramı ərəfəsində açıqlanacaq. Qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.
Əlavə məlumat üçün “Facebook”da “Uşaq Bilik Portalı”, “Instagram”da isə @usaqbilikportali səhifələrinə müraciət etmək mümkündür.


Digər xəbərlər
“Səslərimiz Birləşsin” məktəblilərin I Xor Festivalı keçiriləcək
İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək
Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub
Xəbər lenti
Ən çox oxunan