SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək

14:00 / 05.12.2025 Oxunub: 357

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Musavat.com bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.



Digər xəbərlər

Xəbər lenti

18 Yanvar 2026
17 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ