Suriyada tayfalar Deyr əz-Zorun YPG/SDG nəzarətində olan ərazilərinin böyük hissəsini azad edib
17:53 / 18.01.2026
Oxunub: 488
Kanal 20 TV Anadolu Ajansı agentliyinə istinadən xəbər verir ki, Suriyada fəaliyyət göstərən tayfa qüvvələri Deyr əz-Zor vilayətində terror təşkilatı YPG/SDG-nin nəzarətində olan ərazilərin böyük hissəsini geri alıb.
Məlumata görə, Fərat çayının qərb sahilində yerləşən tayfalarla çayın şərq tərəfindəki tayfaların dünən axşam saatlarında başlatdığı silahlı hərəkətlilik hazırda da davam edir.
Tayfa qüvvələri Fəratın şərqində yerləşən strateji əhəmiyyətə malik Ömər neft yatağı və Kuniko qaz sahəsini nəzarətə götürüb.
Bununla yanaşı, tayfa qüvvələri vilayətin cənub və mərkəzi hissələrində nəzarəti təmin edərək irəliləyişini Rakka və Həsəkə istiqamətində genişləndirib.
Hadisələrlə bağlı YPG/SDG tərəfindən hələlik rəsmi açıqlama verilməyib.


Digər xəbərlər
“X” İranın yüksək vəzifəli şəxslərinin “mavi işarə”lərini ləğv edib
HƏMAS-ın silahsızlaşdırılması martda başlaya bilər – ilk mərhələ Rəfahda planlaşdırılır
Rza Pəhləvi İranda İslam Respublikası üçün gəlir mənbələrinin məhdudlaşdırılmasını tələb etdi
ABŞ-ın Təklifi İran tərəfindən Rədd Edildi
Ceffri Epşteynin Bill Qeytslə yazışması yenidən gündəmə gəldi
İranlıların Diasporası 14 Fevral Üçün Səslərini Qaldırmağa Çağırılır
Xəbər lenti
14 Fevral 2026
Ən çox oxunan
20:27
18 Yanvar 2026
2988