Trampdan yeni qlobal təşəbbüs: “Sülh Şurası”na üzvlük 1 milyard dollar olacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası beynəlxalq arenada diqqətçəkən yeni təşəbbüslə çıxış edib. Belə ki, yaradılması planlaşdırılan Sülh Şurasında yer almaq istəyən hər bir dövlətdən 1 milyard dollar məbləğində ödəniş tələb olunacaq.
Kanal 20 TV xəbər verir ki, “Report”un “Bloomberg”ə istinadən yaydığı məlumata görə, agentliyin əlinə Sülh Şurasının nizamnamə layihəsi keçib. Sənədə əsasən, Şuraya hansı ölkələrin dəvət ediləcəyinə birbaşa Donald Trampın özü qərar verəcək.
Layihədə qeyd olunur ki, Sülh Şurasında qərarlar səs çoxluğu ilə qəbul ediləcək və hər bir üzv dövlət yalnız bir səs hüququna malik olacaq. Üzvlük müddəti maksimum üç il nəzərdə tutulsa da, nizamnamə qüvvəyə mindikdən sonra ilk il ərzində Şuraya 1 milyard dollardan artıq vəsait yatıran dövlətlər üçün bu məhdudiyyət tətbiq edilməyəcək. Bununla yanaşı, qəbul edilən bütün qərarlar Şuranın sədri qismində Donald Tramp tərəfindən təsdiqlənməlidir.
Sənəddə vurğulanır ki, Sülh Şurasının əsas məqsədi münaqişələrdən zərər çəkmiş və ya risk altında olan bölgələrdə sabitliyə dəstək vermək, qanuni və etibarlı idarəetməni bərpa etmək, eləcə də davamlı sülhün təmin olunmasına töhfə verməkdir.
“Bloomberg”in qeyd etdiyi kimi, bəzi tənqidçilər bu təşəbbüsü BMT-yə alternativ beynəlxalq qurum yaratmaq cəhdi kimi qiymətləndirir və Trampın qlobal idarəçilikdə yeni təsir mexanizmi formalaşdırmaq istədiyindən ehtiyatlanırlar.


Digər xəbərlər
HƏMAS-ın silahsızlaşdırılması martda başlaya bilər – ilk mərhələ Rəfahda planlaşdırılır
Rza Pəhləvi İranda İslam Respublikası üçün gəlir mənbələrinin məhdudlaşdırılmasını tələb etdi
ABŞ-ın Təklifi İran tərəfindən Rədd Edildi
Ceffri Epşteynin Bill Qeytslə yazışması yenidən gündəmə gəldi
İranlıların Diasporası 14 Fevral Üçün Səslərini Qaldırmağa Çağırılır
Zaxarova: Minsk Razılaşmaları Kiyevə vaxt qazanmaq üçün imzalanmışdı
Xəbər lenti
Ən çox oxunan