86:54 – “Neftçi” Kubokda növbəti mərhələyə yüksəldi

20:16 / 13.01.2026 Oxunub: 947

Kanal 20 TV xəbər verir ki, basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Turnirin 1/8 final mərhələsində “Neftçi” və “Lənkəran” komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən qarşılaşmada paytaxt təmsilçisi üstün oyun nümayiş etdirərək 86:54 hesablı inamlı qələbə qazanıb və adını 1/4 final mərhələsinə yazdırıb.

“Neftçi”nin növbəti mərhələdəki rəqibi “Gəncə” komandası olacaq. 1/4 final qarşılaşmalarının fevralın 18–22-si tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

Kanal 20 TV turnirdə baş verən bütün yenilikləri diqqətdə saxlayacaq.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə