Albasete “Real Madrid”i Kral Kubokundan kənarlaşdırdı

11:22 / 15.01.2026 Oxunub: 770

İspaniya Kral Kubokunda sensasiya yaşanıb. İkinci liqa təmsilçisi Albasete 1/8 final mərhələsində “Real Madrid”i 3:2 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırıb.

Oyunun qəhrəmanı ehtiyatdan meydana çıxan Xefte Betankor olub. O, iki qol vuraraq komandasına dramatik qələbə qazandırıb. Albasete 42-ci dəqiqədə hesabı açsa da, “Real” ilk hissənin sonunda bərabərlik qolunu vurub. Qarşılaşmanın son dəqiqələri isə gərgin keçib: madridlilər 90+ dəqiqədə hesabı 2:2 etsələr də, əks-hücumda Xeftenin möhtəşəm qolu meydan sahiblərinə qələbə gətirib.

Bu oyun Alvaro Arbeloanın “Real Madrid”də baş məşqçi kimi debütü olub. Məğlubiyyətdən sonra o, məsuliyyəti üzərinə götürərək azarkeşlərdən üzr istəyib. Komandanın kapitanı Dani Karvaxal isə məğlubiyyəti “dib nöqtə” adlandırıb.

Beləliklə, “Real Madrid” Kral Kuboku ilə erkən vidalaşıb.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə