Avstraliyalı snoubordçu Kem Bolton ağır zədələnərək xəstəxanaya yerləşdirildi

14:00 / 11.02.2026 Oxunub: 633

Kanal 20 TV xəbər verir ki, Avstraliyanı təmsil edən snoubordçu Kem Bolton XXV Qış Olimpiya Oyunları ərəfəsində məşq zamanı ciddi zədə alıb.

“Report”un ESPN-ə istinadən yaydığı məlumata görə, idmançıya boyun onurğasında iki sınıq diaqnozu qoyulub. Hadisə məşq yürüşü zamanı baş verib.

Bildirilir ki, Bolton bazar ertəsi ağrılar hiss etsə də, yalnız ertəsi gün tibbi yardıma müraciət edib. Müayinələr və rentgen nəticələri sınıqları üzə çıxarıb. Bundan sonra o, helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

35 yaşlı snoubordçu karyerasında dördüncü dəfə Olimpiya Oyunlarında iştirak etməyə hazırlaşırdı. O, daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən Qış Olimpiadalarında yarışıb.

Kem Bolton snoubord-kross üzrə qarışıq yarışlarda 2025-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə