Aybəniz Haşımova Mədəniyyət Mərkəzinə direktor təyin olunub

19:27 / 09.02.2026 Oxunub: 995

Əməkdar artist Aybəniz Haşımova A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Kanal 20 TV xəbər verir ki, bu barədə sənətçi özü Teleqraf-a açıqlamasında məlumat verib.

Aybəniz Haşımova bildirib ki, Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə təyin olunub və üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaq:

“Böyük bir dahinin adını daşıyan mədəniyyət evinə rəhbər təyin olunmağım məsuliyyətimi daha da artırır. Bu ada layiq işlər görmək üçün bütün gücümlə çalışacağam. Bu gün rəsmi təqdimatım oldu və kollektivlə ilk görüşümüz baş tutdu”, – deyə o qeyd edib.

Əməkdar artist əlavə edib ki, bundan sonra da Azərbaycan mədəniyyətinə xidmət etməyə davam edəcək və milli irsin inkişafı naminə əlindən gələni əsirgəməyəcək.

Qeyd edək ki, Aybəniz Haşımova “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, həmçinin Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə