Azərbaycan Televiziyası 70, Mədəniyyət TV isə 15 yaşını qeyd edir

16:15 / 14.02.2026 Oxunub: 789

Bu gün Azərbaycanın media tarixində əlamətdar gündür. Ölkənin ən böyük televiziya qurumlarından biri olan Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasının 70 ili, onun tərkibində fəaliyyət göstərən Mədəniyyət TV-nin isə 15 ili tamam olur.

Kanal 20 TV xəbər verir ki, 1956-cı ildə ilk dəfə efirə çıxan AzTV ötən 70 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatının əsas informasiya mənbələrindən biri kimi fəaliyyət göstərib.

AzTV illər boyu tamaşaçılara operativ xəbərlər, analitik proqramlar, maarifləndirici layihələr və milli dəyərləri təbliğ edən verilişlər təqdim edərək ölkənin televiziya məktəbinin formalaşmasında mühüm rol oynayıb.

Eyni zamanda, AzTV ailəsinin vacib tərkib hissəsi olan Mədəniyyət TV də bu gün fəaliyyətinin 15 illiyini qeyd edir. 2010-cu ildə yaradılan kanal Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və incəsənətinin təbliği istiqamətində xüsusi missiya daşıyır.

Mədəniyyət TV qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanaraq milli irsin qorunması və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli media platformasına çevrilib.

Bu yubiley münasibətilə AzTV və Mədəniyyət TV-nin kollektivinə təbriklər ünvanlanır, onların fəaliyyətində yeni uğurlar və davamlı inkişaf arzulanır.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə