Azərbaycanın bir çox bölgələrində güclü külək gözlənilir – Xəbərdarlıq verildi
Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xidmət sarı və narıncı səviyyəli xəbərdarlıq yayıb.
Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy və Daşkəsən rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və sürəti 20.8–28.4 m/san-dək güclənəcək.
Digər tərəfdən, Bakıda və Abşeron yarımadasında, həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabad rayonlarında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, sürəti isə 13.9–20.7 m/san təşkil edəcək.
Meteoroloqlar əhaliyə küləkli havada diqqətli olmağı, açıq ərazilərdə ehtiyatlı hərəkət etməyi tövsiyə edirlər.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
Ən çox oxunan