Bakıda Yağışlı Hava: Zığ–Hava Limanı Yolunda Sürət Limitinə Diqqət!
Bakıda hazırda davam edən yağışlı hava şəraiti bəzi avtomobil yollarında hərəkətə təsir göstərib.
Kanal 20 TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən, təhlükəsizliyin təmin olunması məqsədilə Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bir neçə zolaq üzrə sürət həddi müvəqqəti olaraq 20 km/saatadək azaldılıb.
Bildirilib ki, NİİM əməkdaşları tərəfindən yolboyu yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, həmçinin bütün elektron tablolar üzərində “sürüşkən yol” xəbərdarlıq nişanı aktivləşdirilib.
Mərkəz sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyi, xüsusilə müəyyən edilmiş sürət həddini aşmamağı və diqqətli olmağı tövsiyə edir.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
Ən çox oxunan