Binəqədi Rayon İcra Hakimiyyətinə yeni baş memar təyin edilib

13:49 / 14.02.2026 Oxunub: 885

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı həyata keçirilib.

Kanal 20 TV xəbər verir ki, icra başçısı Elxan Allahverdiyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahin Möhtərəm oğlu Musayev Binəqədi Rayon İcra Hakimiyyətinin baş memarı vəzifəsinə təyin olunub.

Yeni təyinatla yanaşı, Ş.Musayev eyni zamanda Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsində müdir müavini kimi fəaliyyət göstərəcək. O, həmçinin şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna rəhbərlik edəcək.

Qeyd edək ki, struktur dəyişikliyindən əvvəl Ş.Musayev ləğv edilmiş Rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi-memar kimi çalışıb. O, II dərəcəli dövlət qulluqçusudur.

Xatırladaq ki, Şahin Musayev ötən il avqustun 15-də 65 illik yubileyi münasibətilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə