"ChatGPT" daha bir yeniliyə İMZA ATDI
"OpenAI" şirkəti "ChatGPT"nin yeni versiyasını təqdim edib.
Oxu.Az "MacRumors" nəşrinə istinadən xəbər verir ki, istifadəçilərin ixtiyarına məhsul və bayram hədiyyələri seçməyə kömək edən funksiya verilib.
Sistem istifadəçi sorğularını təhlil edərək, onlayn mağazalarda geniş axtarışlar aparan fərdi alış-veriş bələdçiləri yaradıb.
Alış-verişlə bağlı sualı qəbul edən "ChatGPT" avtomatik olaraq araşdırma rejimini aktivləşdirir, aydınlaşdırıcı suallar verir və əvvəlki söhbətlərin kontekstini nəzərə alır. Bu funksiya xüsusilə elektronika, kosmetika, məişət əşyaları, mətbəx texnikası və idman malları kimi kateqoriyalarda effektivdir. Yeni versiya müqayisələri, mübadilə təhlili və ən son məlumatlara əsaslanan tövsiyələr təklif edir.
Bu prosesə başlamaq üçün istifadəçilər ya müvafiq sual verə və ya menyudan "alış-veriş araşdırması"nı seçə bilərlər.
Hazırda alış-veriş etmək üçün pərakəndə satıcının veb saytına girmək tələb edilir, lakin gələcəkdə avtomatlaşdırılmış sifariş "Instant Checkout" funksiyası vasitəsilə mümkün olacaq.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir