Dayanıqlı sülh üçün bu addımları atmalıyıq - Vüqar İskəndərov

15:44 / 16.01.2026 Oxunub: 895

Xəbər verdiyimiz kimi, Azərbaycanda saxlanılan dörd erməniəsilli şəxs Ermənistana təhvil verilib.

Bunlar Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyandır.

Saxlanılanlar Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verilib.

Məsələ ilə bağlı müxtəlif müzakirələr gedir.

Sözügedən addımı isə həm müdafiə, həm də tənqid edənlər var.

Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov da Gununsesi.info-ya danışıb.

O bildirib ki, Azərbaycanın dörd Ermənistan vətəndaşını humanitar və hüquqi əsasları nəzərə almaqla Ermənistan tərəfinə təhvil verməsi bir daha ölkəmizin həm beynəlxalq humanitar, həm də insan hüquqlarına dair göstərişlərə sadiq olduğunun göstəricisidir:

“Təbii ki, bu addım iki ölkə arasında etimadın möhkəmlənməsinə, regionda gərginliyin azalmasına və apardığımız sülh gündəliyinin irəliləməsi, o cümlədən bu istiqamətdə nümayiş elətdirilən çox vacib, ardıcıl, məsuliyyətli siyasətin təzahürüdür”,- deyə o bildirib.

Deputat, həmçinin deyib:

“Bununla da Azərbaycan tarixi qələbəmizə və Ermənistanı məğlub etməsinə baxmayaraq, ilk sülh əlini uzadan ölkə kimi dəyərlərə sadiq olduğunu təkrar göstərir. Ölkəmiz göstərir ki, Ermənistan da vacib məsələlərdə anoloji addımları atmalıdır. Bu, həm də ölkəmizin humanitar məsələlərdə siyasi manipulyasiya addımlarına uymadığını göstərir və bu istiqamətdə atılan addımları qarşılıqlı prinsiplər əsasında qiymətləndirir. Eyni zamanda Ermənistandan da bunu gözləyir. Digər atılan addımlar da etibarlı mühitin yaranmasına xidmət edir. Biz istəyirik ki, bölgədə sülh olsun. Bunun üçün də belə addımlar atmalıyıq, həm Azərbaycanda, həm də bölgədə dayanıqlı sülh istəməyimizi göstərməliyik”.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə