Elmi institutlarda kadr dəyişiklikləri: Misir Mərdanov və Əli Abbasov vəzifədən getdi
Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra institutlar birləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu birləşdirilərək onların bazasında Riyaziyyat İnstitutu yaradılıb.
Manset.az Editor.az-a istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə direktor əvəzi təyin olunub. Bu vəzifə texnika elmləri doktoru Elxan Səbziyevə həvalə edilib.
Qərarla əlaqədar olaraq, keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov vəzifəsini itirib. O, zaman-zaman qalmaqallı açıqlamaları ilə medianın gündəminə gəlirdi.
Eyni zamanda, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da tutduğu vəzifədən azad olunub.


Digər xəbərlər
Zelenski Uitkoffla böhranın həlli ilə bağlı növbəti addımları müzakirə edib
Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub
Ukrayna parlamentində RÜŞVƏT QALMAQALI: Deputatlar pul dolu zərflərlə səs satıblar
Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Xəbər lenti
Ən çox oxunan
