Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
ABŞ-nin Texas ştatında və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən keçirilən səyyar konsulluq xidməti çərçivəsində 50-dən çox Azərbaycan vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat xidmətlər ilə bağlı müraciət edib.
Səyyar konsulluq xidməti zamanı vətəndaşlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik olunub, onlara qarşıdan gələn 2026-cı ildə uğurlar arzulanıb.
Qeyd edək ki, indiyədək ABŞ-nin onlarla qərb və cənub şəhər və ştatlarında, o cümlədən Çikaqo, Boston və Nyu-Yorkda səyyar konsulluq xidmətləri həyata keçirilib.


Digər xəbərlər
Zelenski Uitkoffla böhranın həlli ilə bağlı növbəti addımları müzakirə edib
Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub
Ukrayna parlamentində RÜŞVƏT QALMAQALI: Deputatlar pul dolu zərflərlə səs satıblar
Elmi institutlarda kadr dəyişiklikləri: Misir Mərdanov və Əli Abbasov vəzifədən getdi
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Xəbər lenti
Ən çox oxunan