Ukrayna parlamentində RÜŞVƏT QALMAQALI: Deputatlar pul dolu zərflərlə səs satıblar
Ukrayna Ali Radasında qalmaqallı korrupsiya araşdırması başlayıb. Hakim “Xalqın Xidmətçisi” partiyasından olan bir neçə deputatın səsvermə müqabilində rüşvət aldığı iddiası ölkədə böyük səs-küyə səbəb olub.
Musavat.com xəbər verir ki, ZN.UA və “Ukrainskaya Pravda” nəşrlərinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən 4 deputatla bağlı cinayət işi açılıb.
İstintaqa cəlb edilən şəxslər arasında deputatlar Yevgeni Pivovarov, İqor Nequlevski və Yuri Kiselynin adları çəkilir.
“Ukrainskaya Pravda” əlavə edir ki, Olya Savçenko da rəsmi şəkildə şübhəli şəxs qismində xəbərdarlıq alıb.
Məlumata görə, NABU Yuri Kiselyin ofisini dinləyib və əldə olunan materiallarda deputatların pul dolu zərflər aldığı iddia olunur.
Eyni zamanda, ZN.UA yazır ki, “Kvartal 95” komandasının üzvü, “Yuzik” ləqəbi ilə tanınan Yuri Koryavçenkoya hələlik rəsmi şübhə bildirişi təqdim edilməyib. NABU onun evində axtarış aparılması barədə yayılan məlumatları təkzib etsə də, mənbələr Koryavçenkonun ölkəni tərk etdiyini bildirir.
Qalmaqallı araşdırma Ukrayna parlamentində korrupsiya ilə bağlı vəziyyəti bir daha gündəmə gətirib və istintaqın genişlənəcəyi istisna edilmir.


Digər xəbərlər
Zelenski Uitkoffla böhranın həlli ilə bağlı növbəti addımları müzakirə edib
Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub
Elmi institutlarda kadr dəyişiklikləri: Misir Mərdanov və Əli Abbasov vəzifədən getdi
Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Xəbər lenti
Ən çox oxunan