Fənərbaxçadan Kasımpaşaya iki transfer

20:08 / 13.01.2026 Oxunub: 906

“Kanal 20 TV” xəbər verir ki, “Fənərbaxça”da heyətdən kənarlaşdırılan futbolçular – Cenk Tosun və Rodriqo Bekao yeni klublarını tapıblar. Türkiyə KİV-in məlumatına görə, hər iki oyunçu İstanbulun digər təmsilçisi “Kasımpaşa”ya keçib.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun “Kasımpaşa”ya birdəfəlik transfer olunub. Braziliyalı müdafiəçi Rodriqo Bekao isə mövsümün sonunadək icarə əsasında yeni komandasının formasını geyinəcək.

Qeyd edək ki, Emre Belözoğlunun baş məşqçisi olduğu “Kasımpaşa” daha əvvəl də “Fənərbaxça”nın digər futbolçusu İrfan Can Kahvecini icarəyə götürmüşdü.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə