İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen şəhərində Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüş keçirib.
Kanal 20 TV xəbər verir ki, görüş zamanı iki ölkə arasında mədəni-humanitar və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Bolqarıstan Prezidenti Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladaraq, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olduğunu bildirib. O, xüsusilə Novruz bayramı ənənələrinin və muğam musiqisinin onda dərin təəssürat yaratdığını qeyd edib.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi-Qoruğunun bərpasına verdiyi dəstəyi xüsusi vurğulayaraq, buna görə minnətdarlığını ifadə edib. Həmçinin Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisinə və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Görüşdə bir neçə gün öncə Azərbaycan və Bolqarıstan hökumətləri, eləcə də Veliko Tırnovo Bələdiyyəsi arasında həmin şəhərdə Şuşa parkının salınması və yenidən qurulması ilə bağlı əməkdaşlıq sazişinin imzalanması məmnunluqla qeyd olunub.
Tərəflər enerji sahəsində əməkdaşlıq, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərinə də toxunublar. Bolqarıstanın Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Sonda bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumunda Bolqarıstanın yüksək səviyyədə təmsil olunacağı bildirilib.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
