İlham Əliyev Münxendə Armin Laşetlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüş keçirib.
Kanal 20 TV xəbər verir ki, görüş zamanı Armin Laşet Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi ilə bağlı Vaşinqtonda əldə olunan nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı isə təşəkkür edərək sülhün regionun inkişafı üçün vacib olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan-Almaniya əlaqələrinin siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafını qeyd edib, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunublar.
Görüşdə həmçinin parlamentlərarası əməkdaşlıq və Azərbaycanın dinlərarası dialoq sahəsindəki təşəbbüsləri müzakirə olunub.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

