İlham Əliyevdən Serbiya Prezidentinə Milli Bayram Təbriki
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə ölkənin dövlət başçısı Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
Kanal 20 TV xəbər verir ki, dövlət başçısı təbrikində Serbiya xalqını və Prezident Vuçiçi səmimi arzularla təbrik edərək, Azərbaycan-Serbiya münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri qarşılıqlı etimad və dəstək prinsipləri üzərində qurulub və bu münasibətlər getdikcə daha da inkişaf edir.
Dövlət başçısı ali səviyyədə qarşılıqlı səfərlərin və fəal siyasi dialoqun əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Prezident həmçinin Davosda Serbiya lideri ilə baş tutan son görüşünü xoş təəssüratlarla xatırladığını qeyd edib.
Məktubda Azərbaycan lideri əminliyini ifadə edib ki, birgə səylər nəticəsində iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Sonda Prezident İlham Əliyev Aleksandar Vuçiçə möhkəm cansağlığı, uğurlar, Serbiya xalqına isə əmin-amanlıq və rifah arzulayıb.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir