Mədəniyyət Nazirliyindən qərar: Ədalət Hacıyev vəzifəsindən azad edildi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rəhbərlik dəyişikliyi baş verib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev tutduğu vəzifədən azad olunub.
Kanal 20 TV xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, teatrın yeni direktoru vəzifəsinə Əməkdar artist Oleq Əmirbəyov təyin edilib. Qeyd olunur ki, Oleq Əmirbəyov bu təyinata qədər Mədəniyyət Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, vəzifəsindən azad olunan Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır. Cütlüyün bir övladı var.


Digər xəbərlər
“Səslərimiz Birləşsin” məktəblilərin I Xor Festivalı keçiriləcək
İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək
Səməd Vurğun – Azərbaycan poeziyasının əbədi səsi
Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub