Misli Premyer Liqasında XIX turun oyunlarına start verildi

18:49 / 08.02.2026 Oxunub: 675

Misli Premyer Liqasında XIX turun qarşılaşmaları başlayıb.

Kanal 20 TV xəbər verir ki, turun ilk oyunlarından birində “Sabah” klubu doğma meydanda “Araz-Naxçıvan”ı darmadağın edib.

“Bank Respublika Arena”da keçirilən görüş Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda “Sabah”ın heyətində Umarali Raxmonaliyev (9-cu dəqiqə, penaltidən), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) qollarla yadda qalıb. Qonaqların yeganə cavab topunu isə 86-cı dəqiqədə Felipe Santos vurub.

Bu nəticədən sonra xallarını 46-ya yüksəldən “Sabah” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. “Araz-Naxçıvan” isə 27 xalla hazırda 6-cı pillədə qərarlaşıb.

Turun günün son qarşılaşması Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Oyun Mehdi Hüseynzadə adına stadionda, saat 18:30-da start götürəcək.

Qeyd edək ki, XIX turun oyunları fevralın 10-da tamamlanacaq.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə