Misli Premyer Liqasının XX turu start götürdü
Kanal 20 TV xəbər verir ki, Misli Premyer Liqasının XX turu çərçivəsində oyunlar davam edir.
Turun açılış matçında "Qarabağ" komandası Quba Olimpiya İdman Kompleksində "İmişli" ilə üz-üzə gəlib. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol 79-cu dəqiqədə Musa Qurbanlı tərəfindən vurulub.
Bu nəticədən sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ"ın xalı 45-ə çatıb. "İmişli" isə 19 xalla doqquzuncu sırada qalır.
Turun digər qarşılaşması isə Zirə İdman Kompleksində baş tutacaq. "Zirə" öz meydanında "Karvan-Yevlax" komandası ilə qarşılaşacaq.


Digər xəbərlər
Kamilo Duran zədələndi, "Qarabağ"da həkim müşahidəsi davam edir
Vest Bromviç baş məşqçisini 9 oyundan sonra göndərdi
2026 Qış Olimpiya Oyunları başa çatdı – Azərbaycan iki idmançı ilə təmsil olundu
Prestianni Vini Jr qalmaqalına münasibət bildirdi
“Qarabağ” Çempionlar Liqasında İngiltərə klubuna qarşı tarixi oyuna çıxır
Real Madrid futbolçusundan irqçiliklə bağlı sərt açıqlama
Xəbər lenti
Ən çox oxunan
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub