“Mossad” Prezident İlham Əliyevin Qəzza ilə bağlı mövqeyini paylaşıb

13:21 / 07.01.2026 Oxunub: 302

Kanal 20 TV xəbər verir ki, İsrailin milli kəşfiyyat orqanı “Mossad” Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza zolağında mümkün beynəlxalq missiyalarla bağlı mövqeyini rəsmi “X” (keçmiş Twitter) hesabında yayımlayıb.

Paylaşımda dövlət başçısının Azərbaycanın xaricə, o cümlədən Qəzza zolağına qoşun göndərməyəcəyi və hər hansı beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirak etməyəcəyi ilə bağlı fikirləri yer alıb.

“Mossad”ın paylaşımında Prezident İlham Əliyevdən sitat gətirilərək bildirilib ki, Bakı ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləsə də, bu proseslər çərçivəsində Azərbaycanın heç bir beynəlxalq hərbi və ya sabitləşdirici missiyada iştirakının nəzərdə tutulmadığını açıq şəkildə bəyan edib:

“Bakı Tramp administrasiyası ilə müzakirələrin aparıldığını təsdiqləyib, lakin aydın şəkildə bəyan edib: hər hansı missiyada iştirak nəzərdə tutulmur”.

Qeyd olunub ki, bu mövqe Qəzza zolağı ilə bağlı irəli sürülən beynəlxalq sabitləşdirmə qüvvələri və sülh planları ətrafında aparılan müzakirələr fonunda səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı suala da aydın və qəti cavab vermişdi.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ