Prezident qızıl ehtiyatlarının artırılmasının maliyyə nəticələrini açıqladı

19:11 / 06.01.2026 Oxunub: 479

Kanal 20 TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərarın ölkəyə böyük maliyyə qazancı gətirdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, geosiyasi prosesləri öncədən düzgün qiymətləndirmək nəticəsində qızılın qiyməti kəskin artıb və Dövlət Neft Fondu yalnız bu qərar hesabına 10 milyard ABŞ dollarından artıq vəsait əldə edib.

Prezident qeyd edib ki, qızılın qiymətində dəyişikliklər ehtiyatların həcminə təsir göstərsə də, Azərbaycanın ümumi ehtiyatları hazırda 83–85 milyard dollar arasında dəyişir və bu göstərici adambaşına düşən ehtiyatlara görə dünyada ən yüksək səviyyələrdən biridir.



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ