Pedaqoji işçilərin əmək məzuniyyəti qaydasında dəyişiklik edilib
22:18 / 16.01.2026
Oxunub: 979
Prezident İlham Əliyev Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin tətbiqi barədə Fərman imzalayıb. Dəyişikliklər pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasına da aiddir.
Kanal 20 TV-nin məlumatına görə, yeniliyə əsasən bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti əvvəlki kimi yalnız məktəblərdə yay tətili dövründə deyil, alternativ olaraq işəgötürənin razılığı ilə tədris ili ərzində də verilə biləcək.
Qeyd edək ki, indiyədək bu kateqoriyaya aid olan pedaqoji işçilərin əmək məzuniyyətləri, işə qəbul olunduqları vaxtdan asılı olmayaraq, əsasən məktəblərdə yay tətili dövrünə təsadüf edirdi.
Yeni dəyişiklik pedaqoji işçilər üçün məzuniyyət vaxtının daha çevik şəkildə tənzimlənməsinə imkan yaradır.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
14 Fevral 2026
13 Fevral 2026
Ən çox oxunan
20:27
18 Yanvar 2026
2988