Prezident İlham Əliyev: Dövlət xidmətləri vahid mərkəzdən təqdim olunmalıdır
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin bir platforma üzərindən həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, son illər müxtəlif nazirliklər və dövlət qurumları tərəfindən ayrı-ayrı rəqəmsal platformalar və tətbiqlər hazırlanıb. Prezident bu prosesin artıq koordinasiyalı şəkildə aparılmasının zəruri olduğunu bildirib.
İlham Əliyevin sözlərinə görə, mövcud platformalar tədricən ləğv edilməli və bütün dövlət xidmətləri “mygov” portalı üzərindən – vahid mərkəzdən təqdim olunmalıdır:
“Dövlət xidmətləri vahid mərkəzdən həyata keçirilməlidir. Həm dövlət qurumları, həm də vətəndaşlar bunu bilməlidir”.
Prezident bu yanaşmanın vətəndaşlar üçün böyük üstünlüklər yaradacağını diqqətə çatdırıb. Eyni zamanda, mövcud platformaların təcrübəsinin və bu sahədə çalışan kadrların da yeni sistemə inteqrasiya edilməsinin vacibliyini qeyd edib.
Dövlət başçısı bildirib ki, əldə olunan nəticələr yüksək qiymətləndirilsə də, artıq vaxt çatıb ki, bütün rəqəmsal xidmətlər vahid mərkəzdə birləşdirilsin.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan