Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri Robert Kalinak ilə görüşüb
Prezident İlham Əliyev fevralın 13-də Münxen şəhərində Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüş keçirib.
Kanal 20 TV xəbər verir ki, görüş zamanı dövlət başçısının ötən ilin dekabrında Slovakiyaya etdiyi rəsmi səfər məmnunluqla xatırlanıb. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan-Slovakiya əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Söhbət zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu bildirilib.
Görüşdə xüsusilə hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
