Prezident təsdiqlədi: Xüsusi xidmət sahiblərinə 46 günlük məzuniyyət
Əmək Məcəlləsində edilən son dəyişikliklərlə 46 təqvim günü məzuniyyət hüququ olan xüsusi xidmətləri olan şəxslərin siyahısı yenilənib.
Kanal 20 TV Qafqazinfo- ya istinadən xəbər verir ki, dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq qanunda əksini tapıb. Yeni qaydalara əsasən, bir sıra kateqoriyadan olan işçilərə minimum 46 təqvim günü müddətində əmək məzuniyyəti verilməsi nəzərdə tutulur.
Məzuniyyət hüququ verilən şəxslər sırasında aşağıdakılar yer alır:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı, 1990-cı il 20 Yanvar hadisələri, hərbi xidmətin icrası və ya Çernobıl Atom Elektrik Stansiyasında xidmətlə bağlı səbəblərdən əlilliyi yaranmış işçilər;
– Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə “müharibə veteranı” adı almış şəxslər;
– Döyüş əməliyyatlarının aparıldığı ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş keçmiş hərbi qulluqçular;
– Azərbaycan Respublikasının ən ali dövlət təltiflərinə layiq görülmüş işçilər.
Qeyd edək ki, bu dəyişikliklər xüsusi xidmətləri ilə fərqlənən şəxslərin sosial təminatının gücləndirilməsinə xidmət edir.


Digər xəbərlər
İlham Əliyevdən Serbiya Prezidentinə Milli Bayram Təbriki
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri paylaşılaraq diqqətə çatdırılıb
Azərbaycan Televiziyası 70, Mədəniyyət TV isə 15 yaşını qeyd edir
İlham Əliyev Münxendə Armin Laşetlə görüşüb
İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
Xəbər lenti
Ən çox oxunan