“Səninlə qürur duyuruq“- aktrisadan həyat yoldaşına yubileyi təbriki
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova həyat yoldaşı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovun yubileyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Kanal 20 TV xəbər verir ki, aktrisa paylaşımında Ədalət Əbdülsəmədovu təbrik edərək ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıb. Zemfira Əbdülsəmədova statusunda “Ədalət Əbdülsəmədov, yubileyin mübarək! Sənə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Nə ki arzuların var, həyata keçsin. Başımızın üstündən əskik olmayasan. Biz səninlə qürur duyuruq”, – deyə qeyd edib.
Qeyd edək ki, Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr və kino sənəti” fakültəsini bitirib. Uzun illər müxtəlif teatr səhnələrində çalışan aktyor hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərir. Həyat yoldaşı Zemfira Əbdülsəmədova ilə eyni teatrda çalışır.


Digər xəbərlər
Mədəniyyət Nazirliyindən qərar: Ədalət Hacıyev vəzifəsindən azad edildi
Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür
Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir
Qusar Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib
Aybəniz Haşımova Mədəniyyət Mərkəzinə direktor təyin olunub
Kitablar səltənətinin inciləri: Cəlil Məmmədquluzadə “Ölülər”
Xəbər lenti
Ən çox oxunan