Son dəqiqə: Bina çökdü, yaralılar var
Türkiyənin Bartın vilayətinin Amasra rayonunda bir inşaat sahəsində gecə saatlarında torpaq sürüşməsi baş verib.
KANAL 20 TV Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, amma ətrafdakı bir binada yaşayan sakinlər evakuasiya edilib.
Əldə edilən məlumata görə, Amasra rayonunun Kaleşah kəndində, Kaymakamlıq binasına 150 metr məsafədə yerləşən bir inşaat sahəsində, gecə saatlarında yerin çöküşü baş verib. İnşaat üçün təməl qazıldığı ərazidə baş verən bu hadisədə, şükürlər olsun ki, ölü və ya yaralı yoxdur. Hadisənin baş verdiyi vaxtda işçilərin olmaması səbəbindən faciənin qarşısı alınmış olub.
Hadisə baş verdikdən sonra, əraziyə çox sayda axtarış-xilasetmə qrupu və təhlükəsizlik qüvvələri göndərilib. Hadisə yerinə yaxın bir binada yaşayan sakinlər isə təxliyə edilərək, binadan çıxarılıb. Təxliyə edilən şəxslər, rayonda yerləşən müəllimlər evi və polis evi kimi sosial obyektlərə yönəldilib.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir