Sosial şəbəkələrdə mənəviyyata zidd paylaşımlara qarşı ciddi tədbir
Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik və ictimai mənəviyyatı təhqir edən hərəkətlər qadağan olunub.
Qanuna görə, əxlaqsız ifadələrin yayılması, insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd olan jestlərin və bədən hissələrinin nümayişi ictimaiyyətə təqdim edilə bilməz.
Paytaxt sakinləri bu qərarı dəstəklədiklərini bildirirlər. Vətəndaşlardan biri qeyd edib:
"Sosial şəbəkələrdə əxlaqsız paylaşımların olmaması çox yaxşıdır. İnsanlar etika çərçivəsində danışmalı və davranmalıdır."
Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür pozuntular inzibati məsuliyyətə səbəb olacaq. Pozuntu törədən şəxslər 500 manatdan 1 000 manatadək cərimə oluna bilər.
Eyni zamanda, əgər pozuntu ağır və ya şəxsin təkrar əməlləri mövcuddursa, inzibati həbs 30 günədək tətbiq edilə bilər. Zəruri hallarda həbs müddəti 1-2 ayadək artırıla bilər.
Qanuna əsasən, eyni xətanı bir il ərzində təkrar edən şəxslər 1 000 manatdan 2 000 manatadək cərimə ilə üzləşəcək.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
Ən çox oxunan