Tanınmış aktrisanın hotel görüntüləri yayıldı - FOTO

15:15 / 26.11.2025 Oxunub: 1257

Amerikalı aktrisa, 1990-cı illərin sonunda seks simvolu Tara Rid Çikaqoda hoteldə huşsuz vəziyyətdə tapılıb.

Axşam.az xəbər verir ki, 50 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib. Onun internetdə yayılan görüntülərində danışmaqda çətinlik çəkdiyi, ayaqüstə dura bilmədiyi əks olunub.

Hadisə ictimailəşdikdən sonra Tara Rid açıqlama yayaraq, barda olarkən naməlum şəxslər tərəfindən içkisinə nəsə qatıldığını iddia edib. Onun sözlərinə görə, o, şənbə günü gecə hotelə yerləşdikdən sonra içki içmək üçün bara düşüb. Siqaret çəkmək üçün lobbiya çıxdığı zaman bir qrup yutub kontent yaradıcısı ilə qarşılaşıb və onlardan biri ona qoşulub. Bara qayıtdıqda isə içkisinin üzərinin salfetlə örtüldüyünü görüb. Rid bildirir ki, içkini qəbul etdikdən sonra xatırladığı növbəti an xəstəxanada ayılması olub.

Aktrisa başına gələn hadisənin araşdırılmasını istəyərək, təhlükəsizlik xidmətlərinə müraciət edib.



Digər xəbərlər

Xəbər lenti

02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə