Türkiyədə BƏƏ-nin casusları SAXLANILDI
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Baş Prokurorluq və ölkənin Milli Kəşfiyyat Xidməti (MİT) Birləşmiş Ərəb Əmirliklərinin maraqları üçün siyasi və hərbi casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat həyata keçirib. Nəticədə dörd şübhəlidən üçü saxlanılıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, BƏƏ kəşfiyyatçıları bir sıra xarici ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq, türk nömrələri və saxta profillərdən ölkənin müdafiə sənayesinin yüksək rütbəli işçiləri, eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında məlumat toplamaq üçün istifadə ediblər.
Xaricdə olan dördüncü şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İranda raket hücumu: Əli Xameneinin kürəkəni və gəlini həlak olub
Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib
Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”
İran Rusiyadan 500 Milyon Avroluq Raket Sistemi Alır – Gizli Müqavilə
Abbas Arağçı: İran nüvə proqramını dayandırmağı təklif etməyib
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir