Ultramarafonçu Elməddin Məmmədovdan Zəfərin 5-ci il dönümünə həsr olunan möhtəşəm uğur
9 noyabr tarixində tanınmış ultramarafonçu və iş adamı Elməddin Məmmədov Özbəkistanın qədim və tarixi Səmərqənd şəhərində keçirilən beynəlxalq marafonda 42.2 km məsafəni uğurla qət edərək növbəti böyük nailiyyətinə imza atıb. O, bu qaçışı Azərbaycan Zəfərinin 5-ci ildönümünə, Müzəffər Ordumuza və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyini xüsusi vurğulayıb.
Elməddin Məmmədov yarış boyunca həm idmançı xarakterini, həm də milli ruhunu nümayiş etdirərək Azərbaycan bayrağını Səmərqənddə qürurla dalğalandırıb. Finiş xəttini keçən zaman göstərdiyi iradə, əzmkarlıq və milli duyğu marafonu izləyən iştirakçılar və təşkilatçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
İllərdir müxtəlif ölkələrdə keçirilən yarışlarda iştirak edən Elməddin Məmmədov təkcə idman sahəsində deyil, eyni zamanda iş fəaliyyətində də vətənpərvər mövqeyi, dövlətinə və millətinə sadiqliyi ilə tanınır. O, həm sosial layihələrdə, həm də gənclərin inkişafına yönəlik təşəbbüslərdə fəal şəkildə iştirak edir, iş həyatında dürüstlük, prinsipiallıq və milli dəyərlərə bağlılıqla seçilir.
Elməddin Məmmədov bu uğuruyla həm şəxsi idman tarixində yeni bir səhifə açdı, həm də Azərbaycan idmanının beynəlxalq arenada təbliğinə töhfə verdi. Onun bu addımı Zəfər Gününün mənəvi ruhuna, əsgər və şəhidlərimizin əziz xatirəsinə səmimi bir ehtiram nümunəsi oldu.



Digər xəbərlər
Kamilo Duran zədələndi, "Qarabağ"da həkim müşahidəsi davam edir
Vest Bromviç baş məşqçisini 9 oyundan sonra göndərdi
2026 Qış Olimpiya Oyunları başa çatdı – Azərbaycan iki idmançı ilə təmsil olundu
Prestianni Vini Jr qalmaqalına münasibət bildirdi
“Qarabağ” Çempionlar Liqasında İngiltərə klubuna qarşı tarixi oyuna çıxır
Real Madrid futbolçusundan irqçiliklə bağlı sərt açıqlama
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir