XIII Qlobal Bakı Forumuna hazırlıq başa çatmaq üzrədir
XIII Qlobal Bakı Forumu ərəfəsində təşkilati məsələlərə həsr olunmuş yekun koordinasiya iclası keçirilib.
Kanal 20 TV xəbər verir ki, məlumat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “X” sosial media hesabında paylaşılıb.
Bildirilib ki, iclas zamanı forumun keçirilməsi ilə bağlı bütün əsas texniki və təşkilati məsələlər ətraflı müzakirə olunub, hazırlıq prosesinin mövcud vəziyyəti dəyərləndirilib. Tədbirin yüksək səviyyədə təşkili üçün görülən işlərin koordinasiyası diqqət mərkəzində olub.
Qeyd edək ki, 2026-cı il martın 12–14-də Bakıda baş tutacaq XIII Qlobal Bakı Forumunda 400-dən artıq beynəlxalq qonağın iştirakı gözlənilir. Forum çərçivəsində qlobal çağırışlar, beynəlxalq əməkdaşlıq və aktual siyasi-iqtisadi mövzular müzakirə ediləcək.
Xatırladaq ki, Qlobal Bakı Forumu hər il dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət və hökumət nümayəndələrini, nüfuzlu ictimai-siyasi xadimləri və ekspertləri bir araya gətirir.


Digər xəbərlər
İlham Əliyevdən Serbiya Prezidentinə Milli Bayram Təbriki
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri paylaşılaraq diqqətə çatdırılıb
Azərbaycan Televiziyası 70, Mədəniyyət TV isə 15 yaşını qeyd edir
İlham Əliyev Münxendə Armin Laşetlə görüşüb
İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
Xəbər lenti
Ən çox oxunan