Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib

15:07 / 14.02.2026 Oxunub: 1088

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Kanal 20 TV xəbər verir ki, videobağlantı formatında təşkil olunan iclasda 2025-ci ildə görülmüş işlərin nəticələri təhlil olunub, 2026-cı ildə qarşıda duran əsas vəzifələr müzakirə edilib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar uğurla davam etdirilir, qoşunların döyüş qabiliyyəti artırılır və müasir silah sistemləri ordunun arsenalına daxil edilir.

İclasda qeyd olunub ki, Azərbaycan hərbçiləri ötən il 15 beynəlxalq təlimdə iştirak edib, səfərbərlik hazırlığı çərçivəsində isə 19 mindən artıq hərbi vəzifəli toplanışlara cəlb olunub.

Azad olunmuş ərazilərdə mühəndis-istehkam tədbirləri çərçivəsində 79 km yeni yol çəkildiyi, yüzlərlə kilometr yolun bərpa edildiyi bildirilib.

Yekunda Zakir Həsənov 2026-cı ildə döyüş hazırlığının yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi və şəxsi heyətin sosial təminatına xüsusi diqqət ayrılacağını vurğulayıb. Nazir həmçinin şəxsi heyəti 14 fevral – Hərbi Hava Qüvvələri günü münasibətilə təbrik edib.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə